Oğuzda yanğın: Helikopter cəlb edildi

  • By admin
  • 20 Avqust 2021 21:50

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.