ABŞ-da polisləri güllələdilər

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində silahlı insident baş verib.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Əməliyyat nəticəsində cinayətkarlardan biri saxlanılıb, digəri hadisə yerindən qaçıb. Hazırda faktla əlaqədar araşdırma aparılır. İnsidentin detalları məlum deyil.