Türkiyə kəşfiyyatı YBŞ liderini məhv etdi – FOTO

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) bir neçə gün bundan əvvəl İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatın fotoları yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

MİT-in Sincarda keçirdiyi əməliyyat zamanı PKK-nın Sincarda fəaliyyət göstərən qolu YBŞ-nin (Sincar müqavimət dəstələri) lideri “Seyit” kod adlı Həsən Səid Həsən zərərsizləşdirilib. Terrorçu Sincarda PKK-nın bir sıra liderləri ilə görüşdükdən sonra avtomobillə yola çıxıb və onun avtomobili məhv edilib.