Millimizin futbolçusu Türkiyədə ən bahalı futbolçular sırasında

  • By ilhame
  • 20 Avqust 2021 22:49

Türkiyə 1-ci liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

Gununsesi. info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Top-20″də “Bursaspor”un yeni transferi olan millimizin futbolçusu Namik Ələsgərov da yer alıb.

O, 750 min avro qiymətlə 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, N.Ələsgərov bu ay “Neftçi”dən ayrılaraq “Bursaspor”la 2 illik müqavilə imzalayıb.

Gununsesi. info