ABŞ bu şəxsin başına 5 milyon dollar qoydu

ABŞ Qvineya-Bisau silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Antonio İndjai haqqında məlumat verəcək şəxsə 5 milyon dollar mükafat ödəməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

“ABŞ Dövlət Departamenti Qvineya-Bisau vətəndaşı Antonio İndjainin tutulması və ya ona qarşı məlumat verəcək şəxsə 5 milyon dollara qədər mükafat təklif edir”, – o, qeyd edib.

Bildirilir ki, İndjai narkotik ticarəti, sui-qəsd, kokain idxalı, xarici terror təşkilatına maddi dəstək vermək kimi cinayətlərdə ittiham olunur.