
Rusiyanın Saratov şəhərində baş verən ağır yol qəzasında iki Azərbaycan vətəndaşı həlak olub.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı Zərdab rayonunun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər ağır yol qəzasında vəfat edib.
Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb.
Gununsesi.info