Ölkədə 100 qıza 115 oğlan düşür - Parlamentdə məsələ qaldırıldı

Azərbaycanda cinsi seleksiyanın artdığı görürük.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.

HTML tutorial

Deputat deyib ki, bu, gələcəkdə ciddi problemlər yaradacaq:

“İndiki statistikaya görə, ölkədə 100 qıza 115 oğlan düşür. Bu çox ciddi problemdir. Biz qanunverici və icraedici orqanlar olaraq, bu məsələ haqqında düşünməliyik. Düşünməliyik ki, bunun qarşısını almaq üçün daha nələr edə bilərik, marifləndirici tədbirlər davam etdirilməlidir”.

Gununsesi.info