Azərbaycan Ukraynaya humanitar yardım göndərdi

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

HTML tutorial

“Növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – səfir qeyd edib.

Gununsesi.info