
Türkiyənin Mersin şəhərində qeyri-adi cücə dünyaya gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 3 ildir toyuq-cücə bəsləyən Əmrə Türkmən bəslədiyi kürt toyuqlarının yumurtasından 3 ayaqlı cücə çıxıb.
Bu qeyri-adi ev quşu görənlərin böyük marağına səbəb olub. Çevrəsindəki maraqlılar ona bu cücə üçün 10 qata daha çox pul təklif etsələr də, Türkmən cücəni satmayacağını və özünün böyüdəcəyini bildirib. Türkmən cücənin heyvan həlkimləri tərəfindən əməliyyatla bir ayağının kəsilərək normal qaydada həyatını davam etdirməsini istəyir.
Onun sosial mediadan paylaşdığı fotolar insanları çaşqınlığa uğradıb.
Tərcümə: Arzu Sayadoğlu