Azərbaycan Avropa Məhkəməsinə yeni şikayət göndərib

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

HTML tutorial

“Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik”, – deyə o bildirib.

Gununsesi.info