Milli Məclisin sabahkı gündəliyində  DƏYİŞİKLİK

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

HTML tutorial

– Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.

Gununsesi.info