
“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: “Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”.
Deputat Musa Qasımlı da çıxışında Fransanı tənqid edib: “Frnasa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab verməliyik. Belə ki, bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycan heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.
Gununsesi.info