Nigeriyada silahlı şəxslər 29 nəfəri qaçırdı

Nigeriyanın Katsina əyalətində silahlı şəxslər 29 nəfəri qaçırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Katsina ştatının Taşar Na-Gulle kəndinə basqın ediblər.

Basqın zamanı uşaqlar da daxil olmaqla 29 nəfər qaçırılıb.

Qeyd edək ki, son vsxtlar silahlılar ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

 

 

Gununsesi.info