
Fələstin ərazisi olan Qəzza zolağının gələcəyini təyin edən İsrail deyil. Beynəlxalq hüququn prinsiplərinə qayıtmaq lazımdır.
Gununsesi.info bildirir ki, bu barədə CNN-ə Fransanın xarici işlər naziri Ketrin Kolonna məlumat verib.
Nazir həmçinin İsrail siyasətçilərinin və rəsmilərinin Qəzza zolağı sakinlərinin məcburi köçürülməsi ilə bağlı son bəyanatlarını “məsuliyyətsiz” adlandırıb. Xarici işlər naziri qeyd edib ki, bu cür söhbətlər yalnız “tərəfləri qərardan yayındırır”.
Eyni zamanda, Kolonna iki dövlət həllini dəstəklədiyini bir daha vurğuladı: “Qəzza gələcək Fələstin dövlətinin bir hissəsi olmaq istəyən Fələstin torpağıdır. Biz yeganə variant olan iki dövlətli həllin tərəfdarıyıq”, – deyə o bildirib.
“İsrail beynəlxalq hüquqa uyğun olaraq mülki insanları qorumalıdır. (Mülkilər) törədilmiş cinayətlərə görə məsuliyyət daşımırlar və qorunmalıdırlar”, Kolonna əlavə edib.
Bundan əvvəl İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç “Qəzza sakinlərinin bölgədən könüllü köçməsini dəstəklədiklərini” bildiriblər.
İki nazirin bu tipli bəyanatları dünyanın bir çox ölkəsində reaksiya doğurub.
Gununsesi.info