
Rusiya Ukraynanın bir çox pilotsuz uçuş aparatını vurduğunu açıqlasa da, Ukraynanın Qərb müttəfiqləri onların silah-sursat ehtiyatlarının tükəndiyini və bunun Kiyevin Rusiyaya qarşı mübarizəsinə təsir göstərə biləcəyini bildirir.
Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi sursatın böyük bir hissəsi NATO-dan gəlir.
Gununsesi.info “Euronews”a istinadən xəbər verir ki, NATO-nun yüksək rütbəli hərbi rəsmilərindən biri olan amerikalı admiral Rob Bauer Varşava Təhlükəsizlik Forumunda etdiyi çıxışında “dibi görünür” deyib.
Hökumətlərin və istehsalçıların “istehsalatı daha yüksək templə artırmalı” olduğunu da əlavə edən admiral, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də sursat ehtiyatlarının yetərli olmadığını bildirib.
“Bizə böyük məbləğlər lazımdır. 30 ildə birlikdə qurduğumuz iqtisadiyyat çox şeyə uyğundur. Amma müharibə gedəndə silahlı qüvvələr üçün uyğun deyil”, – Bauer deyib.
Qərb dövlətlərinin Ukraynaya verdiyi sursatlar tükənmək üzrədir.
Rusiya Ukraynanın bir çox pilotsuz uçuş aparatını vurduğunu açıqlasa da, Ukraynanın Qərb müttəfiqləri onların silah-sursat ehtiyatlarının tükəndiyini və bunun Kiyevin Rusiyaya qarşı mübarizəsinə təsir göstərə biləcəyini bildirir.
Britaniyanın müdafiə naziri Ceyms Heappey də silah-sursat ehtiyatlarının “bir az incə göründüyünü” təkrarlayıb və NATO üzvlərini razılaşdırıldığı kimi ÜDM-nin 2 faizini müdafiəyə xərcləməyə çağırıb.
Nazir “Avropada müharibə olarkən müdafiəyə 2 faiz xərcləməyin vaxtı deyilsə, nə vaxt gələcək?” sualını verib.
Digər tərəfdən, analitiklər deyirlər ki, Rusiya öz tükənmiş hərbi ehtiyatlarını doldurmaq üçün hasilatı artırmaqda Qərbdən daha “bacarıqlı” görünür.
Səid Əhmədli
Gununsesi.info