Rusiyanın Baş Naziri Mixail Mişustin yeni hökumətdə yer almayan nazirlərə vəzifə verib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq sərəncamlar hökumətin saytında yerləşdirilib.
O, ölkənin keçmiş Səhiyyə naziri Veronika Skvortsovanı Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.
M.Mişustinin digər sərəncamı ilə Maksim Topilin Rusiya Pensiya Fondunun sədri vəzifəsinə təyin olunub. Öncəki hökumətdə o, Əmək və Sosial Müdafiə naziri vəzifəsini tuturdu.
COMMENTS