Neftçalada yol-nəqliyyat hadisəsi baş verib

Neftçalada minik avtomobili aşıb, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Həsənabad-Qoltuq avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

 

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri – 2005-ci il təvəllüdlü Məmmədov Vaqif Aqşin oğlu, 2006-cı il təvəllüdlü Əliyev Emil Ruslan oğlu və 2005-ci il təvəllüdlü Ağayev Rəsul Xalıq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info