Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

 

Gununsesi.info-nun xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.

 

Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb .

 

Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

 

Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info