Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1968-ci il təvəllüdlü Heydərova Mehriban Yavər qızı və 1960-cı il təvəllüdlü Quliyev Nazim Nəriman oğlu xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info