Evini yandırdı, özü də öldü

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.

 

Gununsesi.info xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

 

Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info

 

İlkin məlumata görə, evi N.Allahverdiyev spirtli içki qəbul etdikdən sonra yandırıb.