Zaqatalada 10 nəfərdən artıq şəxs dönərdən zəhərlənib

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

 

Gununsesi.info-nun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

 

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

 

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Gununsesi.info