Putin “xarici agentlərin” seçkilərdə iştirakına qadağan edib

Rusiya Prezidenti Vladimir Putin “xarici agentlərin” bütün səviyyələrdə seçkilərdə iştirakını, habelə müşahidəçi və namizədlərin vəkil kimi çıxışını qadağan edən qanun imzalayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Bildirilir ki, namizəd seçkilərdə iştirak etmək üçün sənədlərin seçki komissiyasına təqdim edilmə tarixinə qədər “xarici agent” statusuna xitam verməlidir.

Eyni zamanda, sənəd seçkilərdə iştirak etmək üçün artıq qeydiyyatdan keçmiş vətəndaşın “xarici agentlər” reyestrinə daxil edilməsini də istisna edir.

Məlumata əsasən “Xarici agentlərin” seçkilərdə iştirakını qadağan edən qanun layihəsi aprelin 2-də Dövlət Dumasına təqdim edilib. Təşəbbüsün müəllifləri “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov və fraksiya rəhbərinin müavini Dmitri Qusevdir.

Rusiyada “xarici agent” kimi tanınan teleaparıcı Tatyana Lazareva payızda Moskva Şəhər Dumasına namizəd olmaq istədiyini elan etdikdən sonra Qusev müvafiq qanun layihəsi hazırlamaq niyyətini açıqlayıb.

Teleaparıcını sözlərinə görə, o, “xarici agent” statusunun həqiqətən ruslara qarşı ayrı-seçkilik yaratmadığını yoxlamaq istəyib.

Məlumata əsasən 2021-ci ildə Putin “xarici agentlər” haqqında qanunun qəbulunun zəruriliyini təşkilatların və şəxslərin maliyyə mənbələrinin müəyyən edilməsi tələbi ilə izah edib. Eyni zamanda o, “xarici agent” kimi tanınmaq üçün “qeyri-müəyyən meyarları” aydınlaşdıracağına da söz vermişdir.

Qeyd edək ki,  Rusiyada 2022-ci ildə “xarici agentlər” haqqında yenilənmiş qanun qüvvəyə minib. Bu statusu “xarici dəstək” alan və ya “xarici təsir altında olan” hər bir rusiyalıya təyin etməyə imkan verilməyib.

 

 

 

Şəbnəm

Gununsesi.info