“Hər şey Almaniya üçün” deyən deputat nasist şüarına görə 13 min avro cərimələnib

  • By admin
  • 15 May 2024 10:22

İfrat sağçı populist Almaniya üçün Alternativ Partiyasının (AfD) nüfuzlu simalarından biri olan Björn Höcke Berlində etdiyi çıxışda Holokost (yəhudi soyqırımı) abidəsini “utanc abidəsi” adlandırıb.

Almaniya mediası bildirir ki, Björn Höcke “nasist şüarından istifadə etmək” ittihamı ilə mühakimə olunduğu işdə cərimələnib.

Gununsesi.info xatırladır ki, alman deputat Merseburqda etdiyi çıxışında  “Hər şey Almaniya üçün!” ifadəsini səsləndirib.

Prokurorluğun məhkəməyə təqdim etdiyi ittihamnamədə Höcke’nin Hitlerin Milli Sosialist Alman İşçi Partiyasına (NSDAP) bağlı Sturmabteilung (SA) təşkilat tərəfindən istifadə edilən “Hər şey Almaniya üçün” şüarnın  bu ölkədə ifadə edilməsi qadağan edildiyi vurğulanıb.

Prokurorlar Höcke-nin bu ifadənin nasistlərin SA Fırtına Qoşunlarının şüarı olduğunu bildiyini iddia edib. Öz növbəsində Höcke isə bunun sadəcə “gündəlik deyim” olduğunu bəyan edərək, özünü müdafiə edib.

İclasda Höcke ifadəsində “tamamilə günahsız” olduğunu bildirib.

52 yaşlı keçmiş tarix müəllimi özünü “qanunlara tabe olan vətəndaş” kimi qələmə verib.

Ancaq buna baxmayaraq, məhkəmə Höcke-ni 13 min avro cərimələyib.

 

Afət Abbasova

Gununsesi.info