
Türkiyə yaxın illərdə NATO-dan mütləq çıxacaq.
Gununsesi.info xəbər verir ki, bunu türkiyəli analitik Serhat Lətifoğlu qeyd edib: “Yaxın illərdə Türkiyə mütləq NATO-dan çıxacaq, yoxsa Türkiyə ittifaqdan çıxmağa məcbur olacaq. Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik”.
Onun sözlərinə görə, BRİKS və Türkiyənin xarici siyasət və iqtisadiyyatdakı fundamental prinsipləri tamamilə üst-üstə düşür.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS dövlətlərarası assosiasiyasının qarşıdan gələn sammitində iştirak edəcək.