Sınıqçı 2 yaşlı qızı masaj edərkən faciə yaşandı - Azyaşlı öldü

  • By Günel
  • 09 Sentyabr 2024 11:11

Biləsuvar rayonunda faciəvi hadisə baş verib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info