Geomaqnit qasırğası olacaq

  • By Günel
  • 09 Sentyabr 2024 11:14

Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.  

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, 10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 – mülayim orta) və müəyyən ehtimalla X (R3 – güclü) səviyyədə olacaq.

Hazırda geomaqnit qasırğası orta səviyyədədir. Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim)  səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.

Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.

Gununsesi.info