
Moskvada maskalı bir qrup naməlum şəxslər Finlandiya səfirliyinin ərazisinə çəkiclər atıblar.
Gununsesi.info “Yle”yə istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi hücum faktını təsdiqləyib .
“Bu gün Moskva vaxtı ilə saat 12 radələrində Finlandiyanın Moskvadakı səfirliyinin həyətinə çəkiclər atılıb. Bu əməl səfirliyə və onun əməkdaşlarına ziyan vurmayıb”, – deyə diplomatik qurumdan bildirilib.
Eyni zamanda, Rusiyanın “Telegram” kanalları bu hərəkətin “dost olmayan hərəkətlərə cavab” olduğunu yazıb.
Ukraynaya qarşı “Vagner”PMK-nın tərkibində döyüşən rusiyalı məhbus Yevgeni Nujinin edam edildiyi iddia edilən videonun internetdə yayılmasından sonra çəkiş “Vaqner” PMK-nın bir növ qeyri-rəsmi simvoluna çevrilib.
Nujin tutulduğu zaman Rusiyanı tənqid edib. Videoda Nujinin başına çəkiclə zərbə endirilib.