
“Parlament seçkiləri elan olunandan sonra partiyamız namizədlər siyahısını elan edəcək. O zaman YAP-ın deputatlığa namizədlərinin kimlər olacağını görəcəksiniz”.
Bunu Gununsesi.info-ya açıqlamasında YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov qarşıdakı parlament seçkiləri ilə bağlı hakim partiyanın namizədlərini müəyyənləşdirib-müəyyənləşdirməməsi barədə suala cavabında deyib.
“YAP-ın yeni siyahısında əksər deputatların adının olmayacağı barədə fikirlər nə dərəcədə doğrudur ” sualına Tahir Budaqov belə cavab verib:“Tələsməyək, siyahını gözləyək. Seçki elan olunanda cəmiyyətin bundan xəbəri olacaq”.
Şəbnəm
Gununsesi.info