
Çərşənbə axşamı İsrail hökuməti Avropa ölkələrindəkilər də daxil olmaqla, daha 360 min ehtiyatda olan əsgərin orduya çağırılması barədə qərarını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr İsrail vətəndaşlığı olan ehtiyatdakı hərbçilərin yaşadığı Avropa ölkələrinə göndəriləcək və Fələstinin HƏMAS radikal hərəkatının hücumlarından yəhudi dövlətinin müdafiəsinə qoşulmaq istəyənlər ölkəyə gətiriləcək.
Bundan əvvəl “Times of Israel” qəzeti hərbçilərə istinadən yazıb ki, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-a qarşı əməliyyatda iştirak etmək üçün yüzlərlə hərbi qulluqçunu Avropadan ölkəyə gətirib.
“The Times of Israel”in nəşrinin bu mə\lumatındna sonra İsrail ordusunun mətbuat xidməti son 48 saat ərzində 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırıldığını bildirdi.
Gununsesi.info