Bu Avropa ölkəsi hələ də hökumət formalaşdıra bilmir

Monteneqroda hökumət qurmaq hələ ki, mümkün deyil. Monteneqroda ümumi seçkilər iyunun 11-də keçirilib. Dörd ay keçsə də, yeni hökumət hələ də formalaşmayıb.

Gununsesi.info xəbər verir ki, Monteneqro Assambleyasının (Parlamentinin) deputatları səs çoxluğu ilə Dritan Abazoviçin rəhbərlik etdiyi respublika hökumətinə etimadsızlıq ifadə etdikdən sonra 2022-ci il avqustun 20-də növbədənkənar seçkilər təyin olunub.

Seçkilərdən sonra Monteneqro prezidenti Yakov Milatoviç hökumətin formalaşdırılmasını 2020-2022-ci illərdə maliyyə naziri vəzifəsində çalışmış “European Now” (PES) hərəkatının liderlərindən biri Milojko Spajiçə həvalə edib.

Milatoviç vurğulayıb ki, parlament 90 gün ərzində yeni hökumətin formalaşdırılması prosesini başa çatdırmalıdır və bu prosesdən 60 gün keçməsinə baxmayaraq, ölkədə Nazirlər Kabineti hələ də yaradılmayıb.

Səid Əhmədli
Gununsesi.info