Mövlud Çavuşoğlu Azərbaycandan “Dostluq” ordeni alması haqqında: “Bundan şərəf və qürur duydum”

Mövlud Çavuşoğlu Azərbaycandan “Dostluq” ordeni alması haqqında: “Bundan şərəf və qürur duydum”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Gununsesi.org xəbər verir ki, nazir bundan qürur duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin əlindən dostluq ordenini almaqdan şərəf və qürur duydum”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Gununsesi.org

COMMENTS