Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini geri götürənlərin sayı 293-ə çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Onlardan 1637 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda qeydə alınmış namizədlərin sayı 1344 nəfərdir.
Bu arada qeyd edək ki, namizədliyi qeydə alınmayanlar arasında tanınmış şəxslər də var. Bu sırada keçmiş korpus komandiri general Qalib Məmmədov, keçmiş deputat Gülər Əhmədova, Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmətin adını çəkmək olar.
COMMENTS