İran hökuməti fevralın 7-dək həyata keçirilməsi planlaşdırılan “Zəfər” peykinin orbitə buraxılışını təxirə salmaq qərarına gəlib.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bunun səbəbləri və buraxılışın yeni tarixi göstərilmir.
Daha əvvəl İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi “Zəfər” peykinin fevralın 7-dək orbitə çıxarılmasının planlaşdırdığını bildirmişdi. Peykin “Simurq” raket daşıyıcısı ilə 530 km yüksəkliyə qədər çıxarılacağı güman edilirdi.
COMMENTS