Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı, model Xloe Luqnan aktrisalığa maraq salıb.
Gununsesi.org “Posta”ya istinadən xəbər verir ki, hələ premyerası baş tutmayan “Hababam Sınıfı Yaz Oyunları” filmində rol alan model bir neçə serialdan təklif aldığını, növbəti sezonda ekranlarda olacağını bildirib: “Təkliflərdən birini dəyərləndirəcəm”.
Qeyd edək ki, model hər seriyanın bir bölümü üçün 15 min lirə (təxminən 4300 AZN) istəyir.
COMMENTS