Minlərlə yarasa Avstraliyanın İnqem şəhərini “zəbt edib”. Səs-küylü və çirkli məməlilər insanlara rahat yatmağa imkan vermir.
Gununsesi.org BBC-yə istinadən xəbər verir ki, şəhərdə meyvə yeyən yarasalar son bir neçə ay ərzində olduqca artıb.
Bildirilir ki, ağaclarda məskunlaşan 300 mindən artıq heyvan insanları qorxudur və qıcıqlandırır. Yerli sakinlər iydən və səs-küydən şikayətlənirlər.
Qoluqanadlıların koloniyası məktəbin 100 metrliyində yaşayır.
“Sun” nəşri bildirir ki, valideynlər bu heyvanların hücumundan ehtiyat etdikləri üçün uşaqları məktəbə buraxmırlar.
Qeyd edək ki, hazırda yarasalar qanunla qorunur, buna görə də şəhərin sakinləri onları öldürə bilmirlər.
Yerli hökumət yarasaları özlərinin təbii mühiti olan meşəyə qaytarmaq üçün işlər görür.
COMMENTS