Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların adları bəlli olub.
Gununsesi.org xəbər verir ki, onlar – Vaqif İsmayılov və ailə üzvləri – 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır.
Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir.
Partlayışda xəsarət alan digərləri – 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılovaya və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.
Qeyd edək ki, İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus, sahəsi 112 kv.metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib.
COMMENTS