312 nəfər deputatlığa namizədliyini geri götürdü

312 nəfər deputatlığa namizədliyini geri götürdü

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

 

Gununsesi.org-un Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədlərin sayı 1325 nəfərdir.

Gununsesi.org

COMMENTS