Çin aviaşirkətləri kütləvi ixtisar keçirərək 100-dən çox rus pilotu vəzifəsindən azad edəcək.
Gununsesi.org-un xəbərinə görə, bu barədə “TASS”a aviaşirkətlərdən birinin uçuş heyətinə yaxın mənbə bildirib.
“Çinin “Hainan Airlines” şirkəti 100-dən çox, “China Southern Airlines” isə təxminən 10 rus pilotu işdən qovmağı planlaşdırır”, – deyə mənbə söyləyib.
O, söhbətin ödənişsiz məcburi iş vaxtı və müqavilələrin vaxtından əvvəl ləğvindən getdiyini açıqlayıb. Eyni zamanda, Çin aviadaşıyıcıları təkcə Rusiyadan olan pilotları deyil, həm də təyyarə heyətlərində çalışan digər əcnəbiləri işdən kənarlaşdıracaq.
“Aviapersonal” şirkətinin kadrlar mərkəzinin rəhbəri Anna Yermilinanın sözlərinə görə, pilotların ixtisarı “Boeing 737 MAX” təyyarələrinin uçuşunun dayandırılması lə bağlıdır. Belə ki, “Hainan Airlines” bu tipli təyyarələrin 11, “China Southern Airlines” (CSA) isə 24 laynerinin uçunu dayandırıb.
Qeyd edək ki, “Boeing 737 MAX” 346 nəfərin ölümü ilə nəticələnən iki təyyarə qəzasından sonra dünya miqyasında qadağan edilib. Qəzaların səbəbi modelin texniki qüsurları ilə bağlı olub.
COMMENTS