Metropolitenin yeni rəhbəri kimdir?

  • By Günel
  • 20 Dekabr 2024 21:07

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.

Gununsesi.info xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Aslanov Vüsal Yusif oğlu gətirilib. Bu, 1981-ci ildə Sumqayıtda anadan olan V.Aslanova ikinci böyük etimaddır.

Yeni sədr Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. 2004–2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə isə ADY sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.

Gununsesi.info