Meksikada qanlı olay: Silahlı qarşıdurma zamanı 8 nəfər öldürüldü

Meksikada qanlı olay: Silahlı qarşıdurma zamanı 8 nəfər öldürüldü

Meksikanın Urupan şəhərində yerləşən oyun salonunda baş verən atışmada azı 8 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Gununsesi.org məlumat verir ki, bu barədə Miçokan ştatının prokurorluğu məlumat yayıb. Hadisə yerli vaxtla saat 15:00-da baş verib.

Ölənlərin şəxsiyyətləri hələ müəyyən edilməyib, yaralı şəxs yerli xəstəxanaya aparılıb.

Açıqlamaya görə, hüquq-mühafizə orqanları hadisənin səbəblərini aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.

Gununsesi.org

COMMENTS