Bakıda mənzildən oğurluq hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Gununsesi.org-a məlumat verib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı, Bakı şəhər sakini Ə.Məmmədova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS