İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) komandirlərindən biri, general Asgar Paşapor öldürülüb.
Gununsesi.org-un məlumatına görə, bu barədə İran dövlət televiziyasının saytı “iribnews” məlumat yayıb.
Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib.
Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin dostu olub.
COMMENTS