Rəqsanənin qızı Aysundan cazibədar pozlar

Rəqsanənin qızı Aysundan cazibədar pozlar

Məşhur müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yeni fotosessiyası ilə gündəmə gəlib.

Gununsesi.org xəbər verir ki, fotoqraf Pərviz Səliyevin kamerası önünə keçən Aysun verdiyi cazibədar pozları ilə diqqət çəkib.

Qara saçlarını çiyninə tökən Aysun əyninə yaşıl rəngdə uzun sinə dekolteli libas geyinib. Belini incəltmək üçün isə İsmayilova “Dior” brendinə məxsus kəmərdən istifadə edib. Obrazını tamamlamaq üçün isə ifaçı ayaqlarına göy rəngli “zamşa” materiallı qısa bot (çəkmə) geyinib.
Fotolarda biri-birindən fərqli pozlar verən Aysun bir neçə şəkildə çiyninə qara rəngli qısa dəri gödəkçə atıb. İsmayılova bu tərzi ilə dəbli obraz yaratmağa çalışıb.

Digər fotoda isə saçlarını at quyruğu formasında yığan İsmayılova qısa qırmızı don geyinib.
Gununsesi.org

COMMENTS