123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədov Gəncə şəhərlərində məskunlaşan gənclərlə görüş keçirib. Gənclərin iştirakı ilə keçirilən möhtəşəm tədbir bayram əhval-ruhiyəsində baş tutub. Tədbirdə çıxış edən Aqil Məmmədov 2 fevral gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edərək, bu günün tarixi mahiyyətindən söz açaraq qeyd etmişdir ki, Gənclər siyasəti dövlətin əsas pirioritet istiqamətlərindən biridir. Namizəd çıxışında gənclərimizin dövlətinə, xalqına bağlı olduğunu, vətənpərpər ruhda böyüdüyünü, vətəninə layiqli xidmət etməyi özlərinin ən şərəfli vəzifə hesab etdiklərini vurğulayaraq bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycan gənci sağlam düşüncəli, yüksək analiz etmə qabiliyyətinə malik, sağlam əqidəli olmaqla cəmiyyətdə özünə məxsus hörmət və nüfuz qazanmışıdır deyən Aqil Məmmədov məhz bu səbəbədən də son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasəti olduğunu bildirdi.
Gənclərə Azərbaycan dövlətinin qayğısından bəhs edən Aqil Məmmədov, Respublikamızda gənclər üçün yaradılan şəraitdən söz açıb, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinində də ölkə başçısının böyük diqqətində olduğunu bildirərək, gəncliyi dövlətçilik ətrafında daim daha da sıx birləşməyə çağırıb.O bunu əsaslandıraraq qeyd etmişdir ki, gənclərimiz 90-cı illərin əvvəllərini düzgün analiz etməli, həmin dövürdə hakimiyyətdə olan səriştəsiz şəxslərin ölkədə yaratdığı xaosun nəticəsi olaraq torpaqlarımızın itirildiyini və bir miliyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Tədbirdə çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədovla görüşlərindən məmnunluq hissi duyduqlarını, bu partiyanın sədri ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə edərək tam əminliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər. Daha sonra bir qrup gənc növbədənkənar parlament seçkilərində bütün kəlbəcərli gəncləri 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədova səs verməyə çağıran müraciət ünvanlayıb. Tədbir daha sonra bədii hissə ilə davam edib, sonda gənclərlə xatirə şəkili çəkdirilib.
COMMENTS