Müğənni-aparıcı Mehriban Məmmədzadə də deputatlığa namizədliyini irəli sürüb.
Gununsesi.org xəbər verir ki, Mehriban 106 saylı Tovuz-Qazax Ağstafa seçki dairəsindən namizədliyini irəli sürüb. Məmmədzadə hazırda seçiciləriylə görüşlər keçirmək üçün Tovuz, Qazax və Ağstafa sakinləriylə görüşlər keçirir.
Mehriban Məmmədzadənin geyimi sosial şəbəkə istifadəçiləri arasında gündəmə çevrilib. İnsanlar öz fkirlərini yazaraq onun namizəd olmasını müzakirə ediblər.
Qeyd edək ki, Mehriban Məmmədzadə “Lider” telekanalında yayımlanan “Nə düşünürsən” verilişinin aparıcısıdır.
COMMENTS