Mask Avropada vətəndaş müharibəsini proqnozlaşdırır

Amerikalı milyarder İlon Mask Avropada dəhşətli dəyişikliklərin olacağını proqnozlaşdırır.

Gununsesi.info xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu “X” sosial şəbəkəsində miqrantın Fransa bayrağını yandırdığını əks etdirən videoya münasibət bildirib.

Yazı müəllifi miqrantları qəbul etməyə davam edən, lakin inteqrasiya etmək istəməyən Avropa liderlərinə şikayətlər edib. “Onları (xüsusən də onu) vətənlərinə göndərin, orada daha xoşbəxt olacaqlar. Bu insanlar fransız, alman, italyan və ya İsveç mədəniyyətinin bir hissəsi olmaq üçün burada deyillər. Onlar sizi əvəz etmək üçün buradadırlar””, – deyə Mask yazıb.

Mask paylaşınında “Avropa vətəndaş müharibəsinə doğru gedir” fikrini ifadə edib.

Xatırladaq ki, ötən gün Mask Fələstin-İsrail münaqişəsi ilə bağlı müzakirələr zamanı dünyanın üçüncü dünya müharibəsinə doğru getdiyini bildirmişdi.

Gununsesi.info