
“Polşa ilə Ukrayna arasında barışıq yalnız Volın qırğınının bütün qurbanlarının qalıqları tapıldıqdan sonra mümkündür”.
Gununsesi.info xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski bildirib.
“Biz iki xalqın tarixindəki bu ağrılı mövzunu bağlamalıyıq”.
Baş nazirin sözlərinə görə, eksqumasiya üçün Ukrayna hakimiyyət orqanlarına sorğu göndərilib.
İlkin məlumatlara görə, dəfn bir neçə təbəqədə tabutsuz həyata keçirilib və öldürülənlərin əksəriyyəti qadınlardır.
Qeyd edək ki, 1943-cü ilin fevralında ukraynalı millətçilər Volın şəhərinin polyak əhalisini məhv etmək üçün aksiyaya başladılar.
100-ə yaxın Polşa yaşayış məntəqəsi hücuma məruz qalıb və 100 minə yaxın insan qurban olub. “Volın qırğını” kimi adlandırılıb.
Şəbnəm
Tərcümə
Gununsesi.info