
HƏMAS nümayəndələri iddia edirlər ki, İsrailin Qəzza zolağında keçirməyi planlaşdırdığı quru əməliyyatını pozmağa nail olublar.
Gununsesi.info xəbər verir ki, yaraqlılar bəyanatda bildiriblər ki, “Qəzza zolağına üç istiqamətdə qurudan hücum cəhdi uğursuz olub” və “düşmən ağır itki verib”. İsrail hərbçilərinin bir neçə bölgədə pusquya düşdüyü də iddia edilir.
HƏMAS bildirir ki, əldə olunan məlumata görə, İsrail əməliyyatı təkrar etməyə çalışacaq.
İsrail ordusu isə anklavın şimal hissəsinə daxil olaraq quru əməliyyat zonasını genişləndirdiyini və hərbçilər arasında itki olmadığını bildirib.
Gununsesi.info