Kanada ABŞ-nın Asiyada müdafiə sənayesi təşəbbüsünə qoşulmaq niyyətindədir

  • By ilhame
  • 02 İyun 2024 09:43

Kanada ABŞ-nın Hind-Sakit Okean regionunda müdafiə sənayesinin dayanıqlığını gücləndirmək təşəbbüsünə qoşulacaq.

 

Gununsesi.info-nun məlumatına görə, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr Sinqapurda “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

 

O, vurğulayıb ki, bunu daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin də elan edib.

 

“Mən Kanadanın Hind-Sakit Okean regionunda müdafiə sənayesi bazasının dayanıqlığını təmin etmək üçün ABŞ-nin müdafiə baziri Ostin tərəfindən bu konfransda elan edilmiş yeni təşəbbüsə qoşulacağını elan etməkdən məmnunam”, – o deyib.

 

Pentaqonun mətbuat xidməti daha əvvəl bildirib ki, mayın 31-də Ostin Sinqapurda keçirilən forumda Vaşinqtonun dünya üzrə müttəfiqləri ilə “Hind-Sakit okean regionunda hərbi-sənaye əməkdaşlığının gücləndirilməsi prinsipləri haqqında bəyanat” təqdim edib. “Biz regiondakı dostlarımızla birlikdə dövlət maneələrini qırırıq və hərbi-sənaye kompleksimizi ən yaxşı şəkildə inteqrasiya edirik”, – o vurğulayıb.

Gununsesi.info