İrəvan-Sevan yolunda hərəkət bərpa edildi

İrəvan-Sevan yolunda dünən baş verən partlayışdan sonra avtomobillərin hərəkəti tam bərpa edilib.

Gununsesi.info  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, iyunun 6-da axşam saatlarında İrəvan-Sevan yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Belə ki, məntəqədə maye qaz çənləri partlayıb və nəticədə yanğın başlayıb. İnsident zamanı 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

 

 

Gununsesi.info